Brüsseldə liderlər arasında hansı razılıqlar əldə edildi? – Politoloq danışır
07 aprel 2022 09:40 (UTC +04:00)

Brüsseldə liderlər arasında hansı razılıqlar əldə edildi? – Politoloq danışır

"Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüşün 4 saat davam etməsi, tərəflərin prinsipial məsələlərlə bağlı ciddi fikir mübadiləsi apardıqlarının göstəricisidir".

Lent.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Onun sözlərinə görə, əvvəlcədən, güman edildiyi kimi, Avropa İttifaqının mərkəzində tərəflər arasında hər hansı bir sənəd imzalanmasa da, görüşdə bir sıra məsələlərlə bağlı qərarların verilməsi müsbət hal kimi qiymətləndirilə bilinər:

"Bəs  tərəflər Brüsselə hansı baqajla getmişdilər?

Bakı: İrəvana verdiyi 5 şərt və Fərruxluda yüksəklikdə bayrağımızın ucaldılması kimi siyasi və hərbi üstünlüklərlə Brüssel görüşünə qədəm qoydu. Eyni zamanda, Ukrayna hadisələri fonunda  Azərbaycanın  Avropanın gələcəyi üçün artan logistika - kommunikasiya və enerji təhlükəsizliyindəki rolu da diqqətdən kənara atılmamalıdır. 

İrəvan: Ukraynaya göndərdiyi SU 30 və bu fonda dünən Blinkendən irad alan Nikol Paşinyan, Brüsselə heç bir siyasi, iqtisadi gündəlik olmadan ayaq basdı. Onun baqajında isə, erməni müxalifətinin 1 gün əvvəl keçirdiyi 20 minə yaxınlıq mitinq var idi.

Görüşün 4 saat baş tutması o deməkdir ki, əslində iki tərəf arasında müzakirə edilən və bəlkə də, razılaşdırılan mövzular daha genişdir, sadəcə Bakı və İrəvan mərhələli şəkildə sülh prosesinin formalaşmasına razılıq verib.
Aİ, AR və ER arasında danışıqlarda yenə Minsk qrupu və status ifadələri rədd edildi.

İrəvanın "Qarabağ ərazi münaqişəsi deyil" kimi Azərbaycanın lehinə səsləndirdiyi fikir fonunda Qarabağa kiçik idarəetmə hüququ verilməsi ilə bağlı "status" termininin yekun bəyanata salmaq cəhdi bu dəfə də uğursuzluqla başa çatdı. Bu da aydındır. Çünki, rəsmi Bakı çox yaxşı bilir ki, hansı mənada işlədilməsinə baxmayaraq "status" ifadəsinin yekun bəyanatlardan birində işlədilməsi gələcəkdə erməni tərəfinin və Minsk qrupunun mövzu ilə bağlı fərqli interpritasiyalarına səbəb ola bilər. Digər tərəfdən, Azərbaycan prezidenti Qarabağ mövzusunu ölkəmizin daxili işi sayır və mövzu heç bir halda Azərbaycan və Ermənistan tərəfindən ikitərəfli Bəyanatlarda səsləndirilə bilinməz".

Politoloq bildirib ki, Minsk qrupu ifadəsinin bu dəfə də işlədilməməsi, bu ölü institutun nəinki Qarabağ, heç Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında belə yer almadığının göstəricisidir:

"Beləliklə, 44 günlük müharibədən sonra Bakı və İrəvan arasında ziddiyyətlərin aradan qaldırılması ilə Aİ, Rusiya və hansısa mənada Türkiyə məşğuldur.

Hansı razılıqlar əldə edildi?
- Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh müqaviləsi üzərində işləməlidirlər.

Bunun üçünsə, tərəflər arasında vacib ziddiyyətlər və problemlər aradan qaldırılmalıdır.  Hazırda iki siyasi məsələ gündəlikdədir. Bu silahlıların Qarabağdan çıxarılması və fundamental məsələ olan delimitasiya.
- tərəflər delimitasiya ilə bağlı razılığa gəldilər.

Fundamental mövzu və digər problemləri də aradan qaldıracaq delimitasiya ilə bağlı işçi qrupunun yaradılmasından söhbət gedir. Xatırladım ki, İrəvan Soçi görüşündə işçi qrupunun yaradılmasına razılıq versə də, məsələni uzatmaqla məşqul idi. Bəhanə kimi sərhədlərdən qoşunların uzaqlaşdırılmamasını gətirirdi. Bu dəfəki, Bəyanatda sərhəd təhlükəsizliyi ifadəsi yer alır. Delimitasiya məsələsi həllini taparsa  Qarabağla bağlı daha bir üstünlük əldə edəcəyik.

Diqqəti çəkən digər iki məqam, kommunikasiya və hümanitar məsələlərlə bağlıdır. Nəqliyyatla bağlı əldə edilmiş razılıqların bu Bəyanatda bir daha səsləndirilməsi və lakin, mövzu ilə bağlı atılacaq konkret addımlar haqqında danışılmamasına  baxmayaraq, böyük ehtimalla Mehri vasitəsilə dəmiryolu mövzusu, və Qarakilsə ( Sisiyan) vasitəsilə avtomobil yolunun perspektivliyi bir daha müzakirə edilib. Mövzu Rusiya və İran tərəfindən diqqət mərkəzində olduğundan bu məsələ ilə bağlı digər formatlarda da, yəgin ki, müzakirələr aparılacaq.

O ki qaldı hümanitar məsələlərə,  Bəyanatda itkin düşənlər, həbs edilənlər və minalanmış ərazilər ifadələrindən istifadə edilir. Tərəflər arasında münasibətlərin yumşaldılması üçün, yəgin ki, yaxın günlərdə bir neçə həbs edilmiş erməninin azad edilməsinin, Ermənistan tərəfinin isə,  itkin düşmüş bəzi şəxslərin coğrafiyası haqqında latent şəkildə informasiyanın ötürülməsini ehtimal edirəm.
Yaxın günlərdə diqqət Moskvada Rusiya və Ermənistanda keçiriləcək görüşə yönələcək.

Beləliklə, sayca ikinci Brüssel görüşü, ümumilikdə isə, Aİ tərəfindən təşkil edilən üçüncü görüşün Yekun Bəyanatı bundan əvvəlkilər kimi birmənalı olaraq Azərbaycanın maraqlarına cavab verir. Yekun Bəyanatda Ermənistanın qaldırdığı heç bir məsələ yoxdur!!!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3741
avatar

Oxşar yazılar