İyulun 23-nə keçən gecə Vaşinqtonda Kapitoliya binası üzərində matəm əlaməti olaraq bayraqlar endirilib. Bu, ABŞ prezidentinin ölümü ilə bağlı yayılan xəbərlərlə üst-üstə düşüb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, Co Baydenə koronavirus diaqnozu qoyulduqdan sonra o, özünü təcrid etdiyi üçün heç vaxt ictimaiyyət qarşısına çıxmayıb və video mesajlar da verməyib. Həmçinin mediada ABŞ prezidentinin bir dənə də yeni fotosu yoxdur.
Baydenin seçki yarışını sona çatdırmaq barədə açıqlamasını ictimaiyyətə görünmədən sosial şəbəkələr vasitəsilə verməsi də ictimaiyyəti çaş-baş salıb. Bütün bunlar dövlət başçısının ölümü ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub
Media Baydenin sağ olduğuna inanmır
“Baydenin ölümü” ilə bağlı ilk açıqlamalar Ağ Evin prezidentin yaxın günlərdə planlaşdırılan görüşlərinin olmadığını elan etməsindən sonra ortaya çıxdı. Amerikanın Fox News telekanalının jurnalistləri də ABŞ-ın hazırkı prezidenti Co Baydenin öldüyünü irəli sürüblər.