Adil Əliyevin deputat səlahiyyətlərinə  xitam verildi
09 iyul 2024 16:15 (UTC +04:00)

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verildi

0

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclis sədrinin müavini Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Lent.az-ın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı sərəncamla Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3236

Oxşar yazılar