27 sentyabr “Anım Günü” ilə əlaqədar Şəkidə tədbir keçirilib
28 sentyabr 2023 09:14 (UTC +04:00)

27 sentyabr “Anım Günü” ilə əlaqədar Şəkidə tədbir keçirilib

27 sentyabr “Anım Günü” ilə əlaqədar Şəkidə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə  həsr olunmuş rəsmi anım tədbiri keçirilib.

Şəki şəhər İcra Hakimiyyətinin rəhbərliyi, deputatlar, hüquq mühafizə orqanlarının  rəhbərləri, ictimaiyyətin nümayəndələriölkəmizin ərazi bütövlüyü uğrunda canından  keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq əvvəlcə Şəhidlər Xiyabanını, daha  sonra Şəhidlərin Xatirə

Kompleksininin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid  məzarları önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Anım tədbiri Şəhidlərin Xatirə Kompleksinin qarşısında davam edib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkilləri Vüqar İsgəndərov, Əli  Məsimli, Çavanşir Feyziyev, şəhid anası, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai  Birliyinin sədri Gülnarə Mustafayeva, Vətən müharibəsi iştirakçısı Vəlican Niftəliyev çıxış 
ediblər.

Çıxışlarda bildirilib ki,ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və  zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident cənab İlham  Əliyev hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd  olunması ilə bağlı Sərəncam imzalamışdır.

Vurgulanıb ki, 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin  sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni  hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli  ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.       

Qeyd olunub ki, 44 günlik Vətən Müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı  azad etməklə tarixi qələbə əldə etdi. Torpaqlarımızın azadlığı uğrunda gedən  döyüşlərdə şəhidlər verdik. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan  keçmək deməkdir. Şəhidlər bizim həm kədərimiz, ürək agrımız, həm də qürurumuz,  vüqarımız, fəxrimiz, örnəyimizdir.

Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik  sükutla yad ediblər.

Qeyd edək ki, “Anım Günü” ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi,  deputatlar, ictimaiyyət və gənclər təşkilatlarının nümayəndələri tərəfindən şəhid ailələri  ziyarət edilmişdir, onlara maddi köməklik göstərilmişdir. Şəhər ərazisində binaların  eyvanlarında dövlət bayraqları və “Anım Günü” ilə bağlı bannerlər asılmış, sentyabrın  27-də təhsil müəssisələrində ilk dərs Vətən müharibəsi və “Anım Günü” mövzusuna  həsr edilmiş, həmçinin məscidlərdə şəhidlərin ruhuna dualar oxunmuşdur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6298

Oxşar yazılar