Sərdar Cəlaloğlu və İqbal Ağazadə İctimai Palata ilə bağlı son sözlərini dedilər
06 aprel 2011 13:08 (UTC +04:00)

Sərdar Cəlaloğlu və İqbal Ağazadə İctimai Palata ilə bağlı son sözlərini dedilər

ADP və Ümid Partiyasının 25 üzvünün İctimai Palatada təmsil olunması ilə bağlı yayılan məlumata da münasibət bildirən Sərdar Cəlaloğlu deyib ki, ADP-nin İctimai Palatada təmsil olunan üzvləri var: Həmin üzvlərimiz parlament seçkilərində pozulmuş hüquqlarının bərpası və qorunması üçün İctimai Palataya gediblər. Bu, onların öz hüquqlarıdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə ADP və onun rəhbəri olduğu təşkilatın 25 üzvünün İctimai Palataya üzvlük üçün müraciətləri ilə bağlı yayılan məlumatda yanlışlığa yol verildiyini bildirib: “Sadəcə, İctimai Palatanın müxtəlif partiyaların təmsilçilərindən və bitərəf şəxslərdən ibarət 25 üzvü ADP və Ümid Partiyasının İctimai Palataya qəbul edilməsi, Koordinasiya Şurasında təmsil olunması ilə bağlı müraciət ediblər”.

Ümid Partiyasının 2 üzvünün İctimai Palatada təmsil olunduğunu söyləyən İqbal Ağazadə həmin şəxslərdən birinin İctimai Palatada təmsil olunduqdan bir müddət sonra partiyasının sıralarına qatıldığını da qeyd edib: “Mənim üçün isə İctimai Palatanın üzvü olmaq aktual deyil. Çünki İctimai Palata formalaşdırılan və qərar qəbul edilən zaman mən bildirmişdim ki, qərar qəbul edənlərlə onu icra edənlərin məsuliyyəti eyni olmalıdır. Bu, qəbul olunmadı. İctimai Palatada hesab etdilər ki, İqbal Ağazadə quruma üzv olarsa, İctimai Palatanın mahiyyəti dəyişər”.

İqbal Ağazadə bu gün qəribə durumun da yarandığını vurğulayıb: “Partiyamızın iki üzvü İctimai Palatada təmsil olunur. İndi İctimai Palata mitinqlə bağlı qərar qəbul edirsə, Ümid Partiyasının üzvləri gəlib partiyanın sədrinə nə deməlidirlər? Partiya sədrini və üzvlərini bu qərarı yerinə yetirməyə məcbur etməlidirlər?”

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar