Yunanıstanla Azərbaycan arasında 4 sənəd imzalanıb
05 aprel 2011 16:07 (UTC +04:00)

Yunanıstanla Azərbaycan arasında 4 sənəd imzalanıb

Lent.az-ın məlumatına görə, dövlət başçıları iki ölkə arasındakı siyasi-iqtisadi, mədəni sahədəki əlaqələrdən, bu əməkdaşlığın perspektiv imkanlarından danışıblar. Prezident İlham Əliyev deyib ki, Azərbaycanın Yunanıstanla enerji sahəsində əməkdaşlıq üzrə gözəl ənənələri var və bu əlaqələr yaxın zamanlarda yeni mərhələyə qədəm qoyacaq.

Yunanıstanın Prezidenti Karolos Papulyas isə səmimi qəbul üçün azərbaycanlı həmkarına minnətdarlığını bildirib. O da öz növbəsində Yunanıstanın Azərbaycanla münasibətlərinin gələcəyinin parlaq olacağını söyləyib.

Nümayəndə heyəti ilə geniş tərkibdə danışıqlardan sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib. “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Yunanıstan Respublikasının Dövlət Qaz Şirkəti (DEPA) arasında Anlaşma memorandumu”nu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və DEPA-nın sədri və baş icraçı katibi Harri Saxinis imzalayıblar. İmzalanmış ikinci sənəd isə Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında “Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş” olub. Bu sənədi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişikliyi nazirinin müavini İoannis Maniatis imzalayıb. “Dəniz nəqliyyatına dair saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın dəniz məsələləri, adalar və balıqçılıq naziri İoannis Diamantidis, nəhayət, dördüncü sənədə - “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında 2011-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair proqram”ı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Dimitrious Drutsas imza atıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar