Ümid Partiyası İctimai Palatanın aksiyasını müzakirə edib
05 aprel 2011 14:01 (UTC +04:00)

Ümid Partiyası İctimai Palatanın aksiyasını müzakirə edib

Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda ilk öncə ölkədəki ictimai-siyasi vəziyyət, Fəvvarələr meydanında keçirilmiş 2 aprel aksiyası haqqında müzakirələr aparılıb.

Müzakirələrdə aksiyadan sonra baş verənlər, iştirakçıların həbs olunması pislənilib.

Rəyasət Heyəti üzvləri ölkənin siyasi həyatında əhəmiyyətli rol oynayan müxalif fikirli siyasi partiyaların ümumi yığıncağının keçirilməsi və proseslərdə siyasi məsuliyyət haqqında ümumi qərarın verilməsi barədə təkliflər irəli sürülüb.

Partiyanın təşkilatlanma işi də müzakirə mövzusu olub. Bakı şəhər təşkilatları aktivlərinin partiya sədri ilə nəzərdə tutulan görüşünün tarixi və formatı haqqında fikir mübadiləsi aparılıb. Təşkilat şöbəsi konfrans keçirmiş rayon təşkilatları və növbəti iclasa qədər konfrans keçirməsini planlaşdıran təşkilat komitələri haqqında yekun məlumat verib. Təşkilat şöbəsinin işi rəhbərlik tərəfindən qənaətbəxş hesab olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar