İctimai Palatanın sessiyasında dava
APA-nın məlumatına görə, iclasın gündəliyi təsdiq olunduqdan sonra AXCP üzvü Xaliq Bahadır Koordinasiya Şurasını xalqın maraqlarını satmaqda, agentura şəbəkəsi rolunu oynamaqda ittiham edib. X. Bahadır Koordinasiya Şurasının buraxılmalı olduğunu da vurğulayıb: “Təkrar və gizli səsvermə yolu ilə Koordinasiya Şurasına yeni üzvlər seçilməlidir”.
AXP lideri Pənah Hüseyn X. Bahadırı İP üzvlərinə qarşı qərəzli ittihamlar səsləndirməyə son qoymağa çağırıb. Bundan sonra iclasda mübahisə yaranıb. Sessiyanın sədarətinin müdaxiləsindən sonra mübahisə dayanıb.
Sonra gündəlikdə yer alan məsələlərin müzakirəsinə başlanılıb. Əvvəlcə İP-ə üzv olmaq üçün edilən 100-ə yaxın müraciətə baxılıb və müvafiq qərar verilib. Mitinqlə bağlı isə İP-in qərarında bildirilib ki, aprelin 2-də saat 12.00-da Nərimanov kinoteatrının qarşısında mitinqin keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilsin. Müraciətə mənfi cavab verilərsə, paytaxt meriyası ilə razılaşdırılmamış mitinq şəhərin mərkəzində - Fəvvarələr Meydanında keçirilsin. İclasda qurumun regional şöbələrinin yaradılması məsələsi də müzakirə edilib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29