BMT-nin mənzil-qərargahında Novruz tədbiri
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycanın təşəbbüsü əsasında BMT çərçivəsində qəbul edilmiş Beynəlxalq Novruz Günü adlı A/RES/64/253 saylı 23 fevral 2010-cu il tarixli qətnamə əsasında baş tutub.
Tədbir adı çəkilən qətnamənin Azərbaycan başda olmaqla həmmüəllifərin - Albaniya, Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistanın təşəbbüsü əsasında keçirilib. Geniş tərkibli iştirakçılar bütün üzv ölkələrin BMT yanında daimi nümayəndəliyinin diplomatları və həmmüəllif ölkələrin ABŞ-dakı diaspora üzvlərini əhatə edib.
Tədbiri BMT Baş Assambleyasının 65-ci sessiyasının prezidenti Cozef Deyz açıb və BMT baş katibinin müraciəti oxunub. Daha sonra Tacikistanın mədəniyyət naziri, Albaniya, Azərbaycan, Əfqanıstan, Hindistan, İran, Qazaxsan, Qırğızıstan, Türkiyə, Türkmənistanın BMT yanında daimi nümayəndələri çıxış ediblər.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev çıxışında Novruzun beynəlxalq səviyyədə qeyd edilməsinin Azərbaycanın təşəbbüsü əsasında reallaşdığını iştirakçıların diqqətinə çatdırıb, Novruz adət-ənənələrinin və onların müxtəlif təbii, sosial və digər qaydalarla həmahəngliyi barəndə məlumat
verib. O, Beynəlxalq Novruz Gününün mədəniyyətlər və dinlərarası dialoqa öz növbəti töhfəsini verəcəyini önə çəkib.
Digər həmmüəllif ölkələrin BMT yanında daimi nümayəndələri də çıxış
edərək, Novruzun həm milli, həm də beynəlxalq səviyyədə qeyd edilməsi ilə bağlı
öz təcrübələri barəsində məlumat veriblər.
Rəsmi tədbirdən sonra bütün iştirakçılara Novruz şirniyyatları və yeməklərindən ibarət rəsmi ziyafət verilib.
Novruz bayramının BMT çərçivəsində qeyd olunmasının davamı kimi TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycan, Qazaxıstan və Türkiyədən olan mədəniyyət xadimlərinin iştirakı ilə martın 24-də BMT-də, martın 26-da isə Nyu-Yorkun “Toun Hall” zalında geniş konsert veriləcək.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29