Sərdar Cəlaloğlu: “Müsavatın şərti Hərəkatı dağıdacaq”
15 oktyabr 2009 17:15 (UTC +04:00)

Sərdar Cəlaloğlu: “Müsavatın şərti Hərəkatı dağıdacaq”

“Qarabağ və Respublika Uğrunda Hərəkat böhrandadır”. Bunu Lent.az-a açıqlamasında Hərəkata daxil olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, Hərəkat daxilindəki partiyaların bələdiyyə seçkisinə birlikdə getmə imkanı məhduddur: “Bu, bir faktdır. Ona görə də düşünürəm ki, yaxın günlərdə partiyalar bir-birinin ardınca bələdiyyə seçkilərilə bağlı öz mövqelərini bildirəcəklər”.

S.Cəlaloğlu deyib ki, hərəkata daxil olan partiya sədrlərinin nə vaxt toplaşacağı məlum deyil: ““Azadlıq” blokuna daxil olan partiyaların mövqeyi bəlli olmadığından biz onlara mövqelərinin müəyyənləşdirilməsi üçün vaxt vermişdik. Təəssüf ki, onlar hələ də mövqelərini müəyyənləşdirə bilmirlər. Hərəkata daxil olan partiya sədrlərinin toplanması az qala “Azadlıq” blokundan asılıdır”.

S.Cəlaloğlu Ümid Partiyasının sədri İqbal Ağazadənin oktyabrın 14-da mətbuatda yayılmış “Kimdir haqlı?” məqaləsində yer alan fikirlərə də münasibət açıqlayıb: “Hər halda, ictimaiyyət İqbal bəyin də dedikləri, Müsavat Partiyasından olan açıqlamalar ilə yaxşı tanışdır. Məqalə isə artıq İqbal bəyin şərhidir. Təkcə onu deyə bilərəm ki, Müsavat Partiyasının Ümid Partiyası qarşısına qoyduğu şərt birlik fəlsəfəsinə ziddir. Bunu qəti şəkildə qoymaq əslində maraqlarımıza zərbə vurdu və Hərəkatı böhranlı vəziyyətə saldı, çox güman ki, bundan sonra da dağıdacaq. Ona görə də hesab edirəm ki, Müsavatın məlum təklifləri heç də pozitiv məqsədə gətirib çıxarmadı”.

Qarabağ və Respublika Uğrunda Hərəkatda Ümid, Müsavat, Xalq Cəbhəsi, Demokrat, Liberal, Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar