"İnter Mayami" Lionel Messini daha uzun müddət öz klubunda saxlamaq istəyir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, jurnalist Nikolo Skiranın sözlərinə görə, Amerika klubu argentinalı ilə müqaviləni uzatmaq üçün fürsət axtarır. Yeni müqavilə 2025 və ya 2026-cı ilə qədər qüvvədə ola bilər.
Əfsanəvi futbolçu ilə hazırkı klubu arasında mümkün sövdələşmənin maliyyə detalları naməlum olaraq qalır.
Xatırladaq ki, daha əvvəl Messinin "Barselona"ya qayıtmaq istədiyini bildirdiyi məlum olub.