Anasını təbrik etməyə gedən  kişi güllələndi
25 noyabr 2024 12:18 (UTC +04:00)

Anasını təbrik etməyə gedən kişi güllələndi

Saratov vilayətinin Marks şəhərində güllələnən avtomexanik anasını Analar günü münasibətilə təbrik etməyə gedirmiş.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 33 yaşlı sürücü Mixail Kutuzov və 48 yaşlı Aleksey Sokolovski analarını təbrik etmək istəyiblər. Əvvəlcə onlar Sokolovskinin qohumunun yanına gediblər və ona bir buket çiçək təqdim ediblər.

Bundan sonra kişilər Kutuzovun anasının yanına gediblər, lakin yolda sürücüsü Rubik Akopyan olduğu “Land Cruiser”i keçə bilməyiblər. O, tapançasını çıxararaq “Oka” maşındakılara səkkiz dəfə atəş açıb.

Kutuzov həyatda qalmasına mümkün olmayan xəsarətlər alıb, Sokolovski isə reanimasiyaya yerləşdirilib. O, körpücük sümüyü, bud və döş qəfəsindən güllə yaraları alıb. Jurnalistlərin sözlərinə görə, həkimlər artıq onu əməliyyat ediblər. 

Yaxınlarının dediyinə görə, mərhum avtomobil təmiri və sökülməsi ilə çörəkpulu qazanıb, 2-ci sinifdə oxuyan oğlunu da böyüdür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Oxşar yazılar