Fantastik çimərliklər və əsl yay:  Noyabrın sonunda görün harada istirahət edə bilərsiniz
25 noyabr 2024 12:05 (UTC +04:00)

Fantastik çimərliklər və əsl yay: Noyabrın sonunda görün harada istirahət edə bilərsiniz

İspaniya yay tətilini planlaşdıran insanlar üçün ən yaxşı seçim olmaqda davam edir. Bununla belə, bu Aralıq dənizi incisi həm də Milad qabağı tətildən zövq alanlar üçün məşhur bir yerdir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kanar adalarının San- Sebastyan-de-la Qomera şəhəri "qış günəşi" axtaran tətilçilər üçün idealdır. Sahil zonası hətta noyabr ayında da mülayim, isti iqlim təklif edir.

Qeyd edilir ki, tarixçilərin fikrincə, bu şəhər Xristofor Kolumbun Yeni Dünyaya səyahəti zamanı çıxış nöqtəsi olub.

"Noyabr ayında San-Sebastyan-de-la-Qomerada havanın temperaturu gün ərzində kifayət qədər mülayimdir, orta gündəlik maksimum temperatur 24°C və minimum 18°C-dir. Bununla belə, ziyarətçilər yağışa hazır olmalı, cemper və ya yüngül gödəkçələr götürməlidirlər. xüsusilə axşamlar", – məlumatda vurğulanır.

Eyni zamanda, turistlər orta temperaturu 23°C olan suya mütləq qərq ola biləcəklər. Şəhər ziyarətçilərin Atlantik okeanında üzə biləcəyi bir neçə heyrətamiz çimərliklərə malikdir:

"Noyabr ayında çimərlik həvəskarları üçün bir sığınacaqdır və turistlər də limanda müxtəlif istirahət növlərindən həzz ala bilərlər".

Bununla belə, xəbərdarlıq edilir ki, San-Sebastyan-de-la-Qomeraya çatmaq digər Kanar adalarına getmək qədər asan deyil - sizə uçuş və gəmi və ya bir neçə reys lazım olacaq.

"Avropanın əksər ölkələrindən Kanar adalarına çoxlu gündəlik uçuşlar var. Əgər siz Avropadan uçursunuzsa, yəqin ki, Tenerife və ya Qran-Kanariyaya uçuşları dəyişməli olacaqsınız. Gəmi Tenerifedəki Los-Kristianos limanından yola düşür və San-Sebastyan-de-la Qomeraya çatır. Gəmi ilə səyahət təxminən 50-60 dəqiqə çəkir", - xəbərdə qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522
avatar

Oxşar yazılar