Bu ölkədə qadınlar  məcburi hərbi xidmətə   cəlb olunacaq
01 iyul 2025 17:28 (UTC +04:00)

Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq

Danimarka parlamentinin iyunun 11-də qəbul etdiyi qanuna əsasən, bu gündən etibarən yaşı 18-dən yuxarı olan bütün qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq və püşkatma sisteminə daxil ediləcək. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yeni qanunla məcburi hərbi xidmət müddəti də 4 aydan 11 aya qaldırılacaq. Bu addımla Danimarka Skandinaviya ölkələri arasında qadınları məcburi hərbi xidmətə cəlb edən üçüncü ölkə olub.

Ölkədə qüvvədə olan qanuna görə, 18 yaşdan yuxarı kişilər üçün hərbi xidmət icbari olsa da, könüllülərin sayı kifayət qədər olduğundan bütün kişilər hərbi xidmətə çağırılmır və seçim püşkatma yolu ilə aparılır. İndiyədək qadınlar orduya yalnız könüllü gedə bilirdilər. Yeni tənzimləmə ilə qadınlar da məcburi hərbi xidmətə cəlb olunacaq və püşkatma sisteminə daxil ediləcək.

Yeni qanunla məcburi hərbi xidmət 4 aydan 11 aya qədər uzadılacaq. Hərbi xidmətə çağırılanlar ilk 5 ay ilkin hərbi hazırlıq, sonrakı 6 ay isə əməliyyat təlimləri keçəcəklər. 6 milyon əhalisi olan Danimarkada hazırda 9000 peşəkar əsgər var. Ölkə 2033-cü ilə qədər orduya hər il 6500 yeni çağırışçı əlavə etməyi hədəfləyir.

Danimarka qadınları orduya cəlb edən üçüncü Skandinaviya ölkəsidir. Norveç və İsveç daha əvvəl 2013 və 2017-ci illərdə qadınları ordu sıralarına daxil etmişdilər. Danimarkanın islahatı Rusiyanın Ukraynaya müdaxiləsi və NATO ölkələrinin artan hərbi xərcləri qarşısında müdafiə qabiliyyətini gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar