Uşaqlı qadınlara əlavə məzuniyyət verilir? - CAVAB
01 iyul 2025 13:39 (UTC +04:00)

Uşaqlı qadınlara əlavə məzuniyyət verilir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual uşaqlı qadınların iş yerindəki məzuniyyəti ilə bağlıdır.

İşçiyə əmək stajı beş ildən on ilədək olduqda 2,  on ildən on beş ilədək olduqda 4, on beş ildən çox olduqda 6 təqvim günü əlavə məzuniyyət verilir.

Bəs, bundan əlavə uşaqlı qadınlara da əlavə məzuniyyət verilirmi?

Lent.az xəbər verir ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

“Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır. 

Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170

Oxşar yazılar