Bəxtiyar anasını, atasını və əmisi oğlunu öldürüb, SON GÜLLƏNİ  özünə saxladı
25 noyabr 2024 10:34 (UTC +04:00)

Bəxtiyar anasını, atasını və əmisi oğlunu öldürüb, SON GÜLLƏNİ özünə saxladı

Türkiyənin İstanbul şəhərində Bəxtiyar Aladağ adlı şəxs anası, atası və əmisi oğlunu güllələyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Aladağ daha sonra eyni silahla intihar edib.

Bundan başqa bu qətliamda daha 3 nəfər ağır yaralanıb. Həmin şəxsin intihar anı onun mobil telefonunun kamerasına düşüb.

Bəxtiyar Aladağ

Aailəsinin yanına gələn Bəxtiyar Aladağ mübahisə etdiyi anası Necmiye Aladağ, atası Muhammet Aladağ və bacısı Buket Aladağla ev məsələsi üstündə mübahisə edib. Sonra dava böyüyüb. Ağır yaralanaraq xəstəxanaya aparılan atası və anası dünyasını dəyişib, bacısının vəziyyətinin ağır olduğu söylənilir.

Hadisə yerindən qaçan silahlı daha sonra yeznəsi Gökhan Soylununun bərbərxanasına gedərək onu da güllələyib, daha sonra iş yerində olan Mehmet Salih Özsökükə də xəsarət yetirib.

Yaralı Özsökük aparıldığı xəstəxanada həyatını itirib. Bəxtiyar yenə dayanmayıb. Əmisi oğlu Şadan Serdarı maşında güllələyərək öldürüb, daha sonra isə eyni avtomobildə intihar edib. Aladağın intihar anı kameralara düşüb.

Bəxtiyarın özünü öldürmə anı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Cavidan HUN

Oxşar yazılar