Bayrağı Ərdoğan qadağan edibmiş...
Bursada Türkiyə və Ermənistan milli futbol komandaları arasında keçirilən görüşdə stadiona Azərbaycan bayraqlarının buraxılmaması ilə bağlı son qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan verib.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, oktyabrın 13-də Bursa valisi Şahabettin Harput stadiona Azərbaycan bayrağının buraxılacağı ilə bağlı açıqlama verib.
Bu açıqlamadan sonra FİFA Türkiyə Futbol Federasiyasına bir məktub yazıb və stadionda Türkiyə və Ermənistan bayraqlarından başqa digər bir ölkənin bayrağının dalğalanacağı halda oyunun dayandırılacağını bildirib.
Türkiyə Futbol Federasiyasının rəsmiləri bundan sonra vali Şahabettin Harputa zəng vurublar və məsələni onun diqqətinə çatdırıblar.
“Milliyet” yazır ki, prosesi izləyən baş nazir Rəcəb Tayyib Ərdoğan özü müdaxilə etməyə qərar verib. Rəcəb Tayyib Ərdoğan Bursa valisinə telefon açaraq, zərbaycan bayrağının stadiona daxil olmasına yol verilməməsini, bunun üçün gərəkən addımların atılmasını tapşırıb.
Bununla bağlı oyunu izləyən FİFA təmsilçisinə yazılı vəd də verilib.
Qeyd edək ki, Bursada stadionun kənarında əllərində Azərbaycan bayraqları olan kütlənin qarşısını 3500 polis kəsib. Meydana daxil olmaq istəyən kütləyə qarşı polis gözyaşardıcı qazdan istifadə edib, 1 nəfər yaralanıb.
Polisin güc tətbiq etməsinə baxmayaraq, stadionda Azərbaycan bayrağı dalğalanıb.

703