Azərbaycandan Türkiyəyə rəsmi etiraz
Türkiyənin Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Araz Əzimov Türkiyənin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Nihat Civaneri XİN-ə dəvət edib.
Bu barədə Lent.az-a XİN mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı bu il oktyabrın 14-də Türkiyənin Bursa şəhərində keçirilən Türkiyə-Ermənistan oyunu əsnasında Azərbaycan Respublikasının dövlət bayrağına hörmətsizlik edilməsi ilə əlaqədar rəsmi etiraz bildirilib.

516