Stadionun ətrafı Türkiyə və Azərbaycan bayraqlarına bürünüb
14 oktyabr 2009 15:37 (UTC +04:00)

Stadionun ətrafı Türkiyə və Azərbaycan bayraqlarına bürünüb

Bursada polis stadionun yaxınlığında ətdən divar hörüb


Türkiyə-Ermənistan futbol matçının keçiriləcəyi Bursa şəhərindəki stadionun ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb.


Lent.az-ın “Milliyət”ə istinadən verdiyi məlumata görə, oyunun keçiriləcəyi Atatürk Stadionunun ətrafı Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.

Hazırda Bursa polisi stadionun qarşısında ətdən divar hörüb, stadionun həndəvərinə rəsmi şəxslərdən başqa heç kimin yaxınlaşmasına icazə verilmir.


Telekanallar üçün canlı yayım hazırlayan TV əməkdaşları yaxınlıqdakı parka aparılıb.


Stadionun ətrafındakı işıq dirəkləri, reklam şitləri və ağaclar Türkiyə və Azərbaycan bayrağına bürünüb.


Oyuna bilet tapmaqda çətinlik çəkənlər stadionun ətrafında gözləyirlər. 15 mindən çox biletin kimlərə satıldığını bilmədiklərini deyən yerli azarkeşlər “Bu biletləri kimlərə verdilər, bilmirik. Stadionda yaşana biləcək mənfi hərəkətlərə bursalılar cavabdeh deyil. Çünki biletlər ancaq nəzərdə tutulmuş adamlara verilib”, - söyləyiblər.
Türkiyə-Ermənistan matçı bu gün Bakı vaxtı ilə 23.00-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar