Bakıda Abdulla Gülün və Ərdoğanın şəkilləri yandırıldı
Etiraz aksiyası polislər tərəfindən dağıdılıb
Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
APA-nın xəbərinə görə, aksiyada “Türkiyə, Qarabağı ermənilərə satma!”, “Türkiyə iqtidarına ar olsun!”, “Ya Qarabağ, ya ölüm!” şüarları səsləndirilib. Həmçinin, aksiyada Türkiyə prezidenti, baş naziri, xarici işlər nazirinin üzərindən qara xətt çəkilən şəkilləri qaldırılıb. Daha sonra həmin şəkillər aksiya iştirakçıları tərəfindən yandırılıb.
Polislər piket iştirakçılarını səfirliyin binasına buraxmasalar da, aksiya binanın yaxınlığındakı parkda keçirilib. Təxminən 10 dəqiqə davam edən aksiya polislər tərəfindən dağıdılıb. Aksiya iştirakçılarından bir neçəsi, o cümlədən QAT sədri Akif Nağı polislər tərəfindən saxlanılıb.
Piketin qətnaməsinin səfirliyə təqdim olunmasına imkan verilməyib.
Qeyd edək ki, aksiyanın qətnaməsində Türkiyə iqtidarından Ermənistanla sərhədlərin açılması siyasətindən geri çəkilmək, danışıqları davam etdirməmək tələb olunur. Türkiyə millət vəkillərindən isə Ermənistanla imzalanan protokolları parlamentdə ratifikasiya etməmək istənilir.

486