“Misir Mədəniyyət Mərkəzi ofisindən icarə müddəti bitdiyi üçün çıxarılıb”
Misir Mədəniyyət Mərkəzi Lent.az-da “Bakıdakı Mədəniyyət Mərkəzində “vəhhabi” qalmaqalı” başlığı ilə yerləşdirilmiş yazı ilə bağlı münasibətini bildirib. Mərkəzin təmsilçiləri Lent.az-ın redaksiyasına gələrək, həmin yazıda yer almış məlumatlardan narahatlıqlarını və bəzi yanlışlıqlara yol verildiyini bildiriblər.
Mərkəzin nümayəndələri M.Əlizadə-81 ünvanında yerləşən ofisdən çıxmalarının səbəbini mülk sahibi ilə bağlanmış müqavilənin başa çatması ilə izah edib: “Müqavilə 1999-cu il avqustun 1-də 10 il müddətinə bağlanmışdı. Bu il avqustun 1-də müqavilənin vaxtı bitdikdən bir müddət sonra həmin yerdən başqa ofisə köçdük”.
Mərkəz təmsilçisi müqavilənin əslini də Lent.az-ın əməkdaşına nümayiş etdirib.
Həmçinin bildirilib ki, Misir Mədəniyyət Mərkəzinin yeni ünvanının təntənəli açılış mərasimi keçiriləcək.
“Misir Mədəniyyət Mərkəzi ölkələr arasındakı elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin genişlənməsində mühüm rol oynayır. Hər ay keçirilən tədbirlər bunu bir daha göstərir. Mərkəz Azərbaycan vətəndaşları üçün ərəb dili öyrənilməsi kursları təşkil edir; hər iki ildə bir dəfə Misir Mədəniyyət Günləri həftəsi keçirilir; milli bayramlarda müxtəlif tədbirlər keçirilir; mədəni və idman müsabiqələri keçirilir və s.” – deyə, Misir Mədəniyyət Mərkəzindən Lent.az-a təqdim olunan yazılı açıqlamada bildirilib.
Misir Mədəniyyət Mərkəzinin Bakıdakı ofisinin rəhbəri Adil Dərviş Misir Ərəb Respublikasının vətəndaşıdır.
Pərvin ABBASOV

738