Türkiyə-Ermənistan matçına 15 min Azərbaycan bayrağı!
Bursada keçiriləcək Türkiyə və Ermənistan futbol qarşılaşması ərəfəsində Türkiyədəki qeyri-hökumət təşkilatları Azərbaycana dəstək kampaniyasına başlayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə və Ermənistan bayraqlarından başqa digər ölkələrin bayraqlarının stadiona gətirilməsinə icazə verilməyəcəyi bəlli olandan sonra qeyri-hökumət təşkilatları 15 min Azərbaycan bayrağı sifariş verib.
Qeyri-hökumət təşkilatları Bursa İdman Təhlükəsizlik Şurasının stadiona digər ölkələrin bayraqlarının gətirilməsinə qadağa qoyulması yönündə qərarına etirazlarını bildirir.
“Kamu-Sen” qeyri-hökumət təşkilatının Bursa rayon təmsilçisi Selçuk Türkoğlu deyib ki, Türkiyə-Ermənistan oyununda Azərbaycanı bayraqlarıyla dəstəkləmək istəmələri demokratik bir haqdır və idmanı şantaj vasitəsi halına gətirən Ermənistan prezidenti Serj Sərkisyanı Bursada görmək istəmirlər.
Türkiyə prezidenti Abdulla Gülün futbol oyunu ilə bağlı İrəvana getdiyini xatırladan Selçuk Türkoğlu qeyd edib ki, buna görə Serj Sərkisyan da Bursada keçiriləcək oyuna dəvət edilib: “Ancaq bu dəvətdən sonra Serj Sərkisyan sərhədlərin açılacağı təqdirdə futbol komandalarının oyununa baxmağa gələcəyini söylədi və bu şantaj cəmiyyətimizdə ciddi etirazlara səbəb oldu. “Bursada Sərkisyanı istəmirik” kampaniyası ciddi dəstək qazanıb”.
Selcuk Türkoğlu bildirib ki, idmandan şantaj vasitəsi kimi istifadə edənlər və Qarabağı işğal altında saxlayanlar özlərini mühakimə etməlidirlər: “Prezidentimiz heç bir şərt qoymadan Ermənistana futbol oyununu izləməyə getdi. Dünyanın diqqəti Bursada keçiriləcək bu oyunda olacaq və bu, Azərbaycanın problemini, bu ölkədə yaşananları beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq üçün bir fürsətdir. Azərbaycan bayraqlarıyla Türk milli komandasının dəstəklənməsi anlamlı olacaq. Dövlət qurumlarımızın narahatlığını anlayırıq. Biz ölkəmizin imicinin heç bir şəkildə zərər görməsini istəmirik. Ancaq stadiona Türkiyə və Ermənistan bayraqlarından başqa digər ölkələrin bayraqlarının gətirilməməsi barədə qərar çox da yerində deyil”.
O, Azərbaycanın müstəqil bir dövlət olduğunu vurğulayıb: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Biz iki ölkənin bayrağını bir-birindən ayırmırıq. Stadiona Azərbaycan bayrağının buraxılmayacağı ilə bağlı qərarın nədən çıxarıldığını anlaya bilmirik. Qanayan yaraları dilə gətirmək insan haqqıdır. Burada qanunsuz heç nə yoxdur. Azərbaycan bayrağı müstəqil bir ölkənin və millətin bayrağıdır. Bursada minlərlə azərbaycanlı var. Qeyri-hökumət təşkilatları minlərlə Azərbaycan bayrağı ilə qardaş dövləti dəstəkləmək isətyir”.

750