Azərbaycanlı konsul Türkiyə-Ermənistan oyununun keçiriləcəyi şəhərə getdi
07 oktyabr 2009 18:00 (UTC +04:00)

Azərbaycanlı konsul Türkiyə-Ermənistan oyununun keçiriləcəyi şəhərə getdi

Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran Bursada gəzintiyə çıxıb. Lent.az-ın “yenibursa.com”a istinadən verdiyi məlumata görə, gəzinti çərçivəsində Nilufər Bələdiyyəsini də ziyarət edərək bələdiyyə rəhbəri Mustafa Bozbeylə müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Səyyad Aran Nilufər Bələdiyyəsinin Çamlıca məhəlləsində etdirdiyi Azərbaycan Dostluq Parkının iki ölkənin dostluq və qardaşlığına sübut olduğunu deyib. “İki qardaş ölkə arasındakı əlaqələr uzun illərə söykənir. Bizlər bu əlaqələri daha da inkişaf etdirməli və gücləndirməliyik. Bu nümunəvi dostluqda Nilufər Bələdiyyəsinin gördükləri isə saymaqla bitməz.

Oktyabrın 14-də Bursada keçiriləcək Türkiyə-Ermənistan matçından əvvəl bu iki ölkə arasında protokol imzalanması ehtimalına diqqət çəkən Səyyad Aran “Bizlər iki ölkə arasındakı əlaqələrin zərər çəkməməsi üçün çalışırıq” – deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar