“Taciktelekom” Qarabağı Ermənistanın tərkibində göstərib
Tacikistanda fəaliyyət göstərən “Taciktelekom” rabitə operatorunun internet ünvanında beynəlxalq telefon danışıqlarının əks olunduğu tariflər bölməsində Dağlıq Qarabağ Ermənistanın tərkibində göstərilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Tacikistandakı səfirliyi məsələ ilə bağlı bu ölkənin xarici işlər, nəqliyyat və kommunikasiya nazirliklərində görüşlər keçirib. Səfirliyin apardığı işlər nəticəsində “Taciktelekom” rabitə operatorunun internet ünvanındakı yanlış informasiya tez bir zamanda düzəldilib.

3257