“Prezidentlərin Kişinyov görüşü oktyabrın 8-də keçiriləcək”
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunu ilə bağlı bu gün Bakıda birgə brifinq keçiriblər.
APA-nın xəbərinə görə, həmsədrlər öncə bəyanatla çıxış ediblər. Bəyanatı rusiyalı həmsədr Yuri Merzlyakov təqdim edib.
Bəyanatda qeyd olunub ki, həmsədrlər Ermənistan rəhbərliyi ilə görüşlər keçirdikdən sonra Bakıya gəliblər: “Azərbaycan prezidentinə erməni həmkarı ilə Kişinyovda görüş keçirmək təklifini gətirdik. İlham Əliyev görüşə razılıq verdi. Görüş oktyabrın 8-də axşam saatlarında Müstəqil Dövlətlər Birliyinin samitindən öncə olacaq”.
Bəyanatda Kişinyov görüşünün prezidentlərin bu il iyulun 18-də Moskvada keçirilmiş görüşünün davamı olacağı qeyd edilir.
Y.Merzlyakov deyib ki, dünən prezident İlham Əliyev Moskva görüşünün nəticələrini çox pozitiv adlandırıb: “Prezident ümidvar olduğunu bildirdi ki, Kişinyov görüşü Moskva görüşünün pozitiv dinamikasını davam etdirəcək”.
Fransadan olan həmsədr Bernar Fasie Azərbaycanın Dağlıq Qarabağ icması ilə görüşlərindən çox razı qaldığını deyib: “İcmanın bütün üzvlərinin Dağlıq Qarabağ erməniləri ilə yenidən birgə yaşamağa hazır olduqları barədə bizə söylədiklərini çox yüksək qiymətləndiririk”.
Amerikalı həmsədr Robert Bratdke isə həmsədr kimi Azərbaycana ilk səfər etdiyini qeyd edərək, ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında vasitəçiliyi davam etdirməyə hazır olduğunu deyib: ”Bu vaxta kimi danışıqlarda müəyyən tərəqqi əldə edilib. Çox ümid edirik ki, Kişinyov görüşündə daha çox tərəqqiyə nail olunacaq”.

Oxşar yazılar

İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25
Ermənistan Azərbaycanla müharibə etməyəcək - PAŞİNYAN
9 may 2025 , 11:55Pakistan səfiri: Hindistana qəti şəkildə cavab vermək hüququnu özümüzdə saxlayırıq - MÜSAHİBƏ - VİDEO
8 may 2025 , 22:43
Roma Papası ilk dəfə amerikalı seçildi: XIV Leo nə ilə məşhurdur? - ONU TANI
8 may 2025 , 22:01
Stalin Avropanı ələ keçirməyi planlaşdırıb və ABŞ-ı aldadıb - TARİXÇİ
8 may 2025 , 21:35
Lukaşenko hakimiyyətdə çox uzun müddət qaldığını etiraf etdi
8 may 2025 , 19:06
Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar - Arayikin MƏHKƏMƏSİ
8 may 2025 , 17:00