Səfər Əbiyev yeni həmsədrlə sərt danışdı
“...bölgədə arzu edilməyən hadisələrin baş verməsi qaçılmazdır”
Oktyabrın 6-da müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtkeni qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazir yeni həmsədrə fəaliyyətində uğurlar arzulamaqla yanaşı qeyd edib ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar əvvəllər bir neçə həmsədr məşğul olub, ancaq münaqişənin həlli istiqamətində konkret bir nəticə hasil edilməyib. O, amerikalı yeni həmsədrin və onun həmkarlarının yaxın gələcəkdə işlərində müsbət nəticənin baş verəcəyinə ümid etdiyini bildirib.
Görüş zamanı müdafiə naziri münaqişənin gecikdirilmədən aradan qaldırılmasının vacibliyini önə çəkərək qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından, işğalçıların torpaqlarımızdan geri çəkilməsindən kənarda həll variantı ola bilməz. Bunu bir sıra beynəlxalq sənədlər də açıq-aydın ortaya qoyur.
BMT-nin qəbul etdiyi dörd qətnaməni xatırladan S.Əbiyev bildirib ki, həmsədr ölkələr bu ədalətli qərarlara söykənərək Dağlıq Qarabağ probleminin dinc şəkildə nizamlanmasını tezləşdirə bilər. Əks-təqdirdə bölgədə arzu edilməyən hadisələrin baş verməsi qaçılmazdır.
15 ildən artıq başlanan danışıqların heç bir səmərə vermədiyini deyən nazir vurğulayıb ki, Azərbaycanın kimsənin torpağında gözü yoxdur, başqasının da bizim torpaqları işğalda saxlamasına göz yumulmamalıdır.
Müdafiə naziri bu istiqamətdə birgə fəaliyyətin uzlaşdırılmasının vacibliyini amerikalı həmsədrin bir daha diqqətinə çatdırıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu iştirak edib.

Oxşar yazılar

İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25
Ermənistan Azərbaycanla müharibə etməyəcək - PAŞİNYAN
9 may 2025 , 11:55Pakistan səfiri: Hindistana qəti şəkildə cavab vermək hüququnu özümüzdə saxlayırıq - MÜSAHİBƏ - VİDEO
8 may 2025 , 22:43
Roma Papası ilk dəfə amerikalı seçildi: XIV Leo nə ilə məşhurdur? - ONU TANI
8 may 2025 , 22:01
Stalin Avropanı ələ keçirməyi planlaşdırıb və ABŞ-ı aldadıb - TARİXÇİ
8 may 2025 , 21:35
Lukaşenko hakimiyyətdə çox uzun müddət qaldığını etiraf etdi
8 may 2025 , 19:06
Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar - Arayikin MƏHKƏMƏSİ
8 may 2025 , 17:00