Bələdiyyə sədrinin oğlu PKK-ya qoşuldu
17 yaşlı gəncin anası: “Qardaşım hərbi xidmətdədir, onlar üz-üzə gəlsələr, bir-birini öldürəcək”
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunun bələdiyyə sədri Abdulla Dəmirbaşın 17 yaşlı oğlu Baran Dəmirbaş 4 ay əvvəl, mayın 30-da PKK terror təşkilatının sıralarına qatılıb. O, hazırda Qəndildə “Mirza Amed Sise” kod adıyla yaşayır.
Lent.az-ın verdiyi xəbərə görə, bu barədə “Newsweek“ jurnalına anası Zinət və atası Abdulla Dəmirbaş danışıblar.
Ziynət Baran deyib ki, oğlu mayın 30-da evdən xəbərsiz gedib, atasının, anasının və bacısının şəkillərini götürüb. Gedərkən hətta onun gündəlik xərcləməsi üçün qoyulan pula da əl vurmayıb. Anası həyat yoldaşına əsəbiləşdiyini, oğlunu geri istədiyini dilə gətirib: “Mənim qardaşım orduda hərbi xidmətdədir. İndi onlar üz-üzə gəlsə, nə olacaq? Bir-birlərini öldürəcəklərmi?”
Atası Abdulla Dəmirbaş isə oğlunun dağa çıxmasının səbəbini demokratik haqların əngəllənməsi ilə bağlayır. Ana ondan fərqli düşünür, dağa çıxmağı çıxış yolu saymır: “Vəkil olub, demokratik haqlar, barış uğrunda mübarizə aparsaydı, yaxşı olardı. Həm də oğlum “Raman” Mədəniyyət Evində teatr məşğələlərinə qatıldıqdan sonra dəyişdi. Onunla birgə teatra gedən bir uşaq da dağa çıxıb”.
Tanıyanlar gəncin terrorçulara cahilliyə görə qatılmadığını deyirlər. Belə ki, Baran vilayətin ən yaxşı məktəblərindən birində təhsil alırmış. Ailəsinin və vəziyyəti yaxşı olduğundan heç vaxt maddi sıxıntı çəkməyib. Kompüteri çox yaşı bilirmiş. Evdən ayrılarkən “Facebook” sosial şəbəkəsindəki ünvanını da ləğv edib.

660