“Qəbələ RLS-dən birgə istifadə Rusiya və Azərbaycanın ABŞ-a güzəştidir”
Bu, rusiyalı ekspertin fikridir
“ABŞ-ın Avropada raket hücumundan müdafiə sistemi yerləşdirmək planından imtina etməsi raket hücumundan qlobal müdafiə sistemi yaradılması planından imtina demək deyil və bu ölkənin sülhməramlılıq istəyinin artmasından xəbər vermir. İmtina onunla bağlıdır ki, amerikalılar texniki cəhətdən bu sistemin əsas zərbə komponentini yarada bilmədilər. Ona görə ki, son 15 ildə bunun üçün zəruri olan uğurlu raket buraxılışını sınaqdan keçirə bilmədilər. Belə bir vəziyyətdə təbii ki, ABŞ öz qlobal raket hücumundan müdafiə sistemini başqa resurslar hesabına genişləndirmək və kompensasiya etmək istəyir. Qlobal böhranla bağlı ABŞ hərbi büdcəsinin ixtisarını da nəzərə almaq lazımdır. Onlar bunu əlavə resurslar, o cümlədən Rusiya və Azərbaycanın malik olduğu ehtiyatlar hesabına kompensasiya etmək istəyirlər. Belə bir şəraitdə Qəbələ RLS-dən birgə istifadənin mümkünlüyü əlbəttə ki, nəzərdən keçiriləcək”.
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Geosiyasi Problemlər Akademiyasının 1-ci vitse-prezidenti, hərbi elmlər doktoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan, Rusiya ordusu Baş Qərargahının sabiq zabiti Konstantin Sivkov deyib. O bildirib ki, ABŞ-ın Qəbələ RLS-dən birgə istifadə barədə Rusiyanın təklifini qəbul etməsi Vaşinqtonun Moskvaya güzəşti kimi deyil, Rusiya və Azərbaycanın ABŞ-a güzəşti kimi qiymətləndirilməlidir: “Çünki Rusiya və Azərbaycan Qəbələ RLS-in informasiya resurslarının imkanlarını ABŞ-la bölüşdülər. Bunu dəqiq anlamaq və formulə etmək lazımdır. ABŞ-ın nəyi tələb edəcəyini isə onlar özləri artıq formulə ediblər: ABŞ Rusiyanın nüvə potensialının üç dəfə ixtisarını istəyəcək. Bu halda Rusiyanın nüvə potensialı öz müdafiə xarakterini itirəcək, ölkənin ABŞ-dan, digər NATO ölkələrindən gələn təhlükələri önləmək və əks zərbə qabiliyyəti azalacaq. Böyük Britaniya və Fransa ixtisar planlarına daxil edilmədiyi üçün NATO blokunun nüvə potensialının həcmi Rusiyanın nüvə potensialının həcmini üç dəfə aşacaq. ABŞ-ın Strateji Hücum Silahlarının ixtisarına dair 1-ci müqavilədən sonra qalmış 6 min nüvə başlığı nəzər alındıqda isə NATO bu sahədə on dəfələrlə üstün olacaq”.
Ekspert Rusiyanın Qəbələ RLS-lə bağlı Azərbaycanla imzaladığı və 2012-ci ildə müddəti bitəcək icarə müqaviləsinin vaxtının uzadılmasını məqsədəuyğun sayır: “Bunda başqa, stansiyanın müasirləşdirilməsi də həyata keçirilməlidir, çünki istismara verildiyi vaxtdan xeyli ötüb. Qəbələ RLS Rusiyanın antiraket müşahidəsi strukturunda çox önəmli yer tutur, bütün Yaxın Şərq regionu və Hind okeanını nəzarətdə saxlayır. Qlobal böhran şəraitində Rusiya öz ərazisində daha az gücə malik mobil müşahidə sistemləri qura bilər. 2012-ci ilə qədər hansı qərarın qəbul olunacağını söyləmək çətindir. Bu, Rusiyadakı siyasi vəziyyət və qlobal proseslərdən asılı olacaq”.

610