“İran” Televiziyası bayrağımızı təhqir edib
XİN məsələni araşdırır, İran səfirliyi telekanalın əməlinə şərh vermək istəmir
İran Televiziyası Azərbaycan Respublikasının dövlət bayrağını təhrif edib.
Lent.az-ın verdiyi xəbərə görə, telekanalın saytında dünən yerləşdirilən videomaterialda dövlət bayrağımızdakı səkkizguşəli ulduzun əvəzində İsrailin dövlət bayrağındakı altıgüşəli ulduzun simvolu verilib.
“Azərbaycan Respublikasında sionistlərin nəzarətində olan dövlət qurumları” başlıqlı xəbərdə yazılır ki, sionist İsrail rejimi Azərbaycan Respublikasında ekspansionist və qeyri-qanuni məqsədlərini təmin etmək üçün siyasi fəallar və media nümayəndələrindən ibarət qrupa təlim proqramları həyata keçirir. Sionistlərin nümayəndəliyi olan “Maşav” kurslarında iştirak edən şəxslər hazırda respublikada müxtəlif siyasi və inzibati peşələrdə çalışaraq, hökuməti istiqamətləndirmək missiyasını yerinə yetirirlər.
Telekanal iddia edir ki, “Maşav” planı sionist rejimin ayrı-ayrı ölkələrdə xərçəngvari nüfuzunu təmin edən vasitələrindən biri olaraq 1993-də Azərbaycan Respublikasında icraya qoyulub və bu proqram zahirən şəxsləri sionist rejimin son elmi-iqtisadi texnologiyaları ilə tanış etmək üçün icraya qoyulur.
Məsələ ilə bağlı Lent.az İranın Azərbaycandakı səfirliyinə və Xarici İşlər Nazirliyinə müraciət edib.
İran səfirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, İran televiziyasının rəhbərini ali dini lider təyin edir və telekanalın ümumi siyasətini də ali dini lider müəyyənləşdirir. Bununla belə, səfirlik belə bir iddia ilə çıxış edib ki, İran televiziyası hökumət çərçivəsində olsa da, dövlətə tabe deyil, hətta bu telekanal hökuməti də tez-tez tənqid edir. Ona görə də səfirlik İran televiziyasında gedən xəbərə şərh verməyə lüzum görməyib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poloxov Lent.az-a məsələnin nazirlik tərəfindən araşdırılacağını söyləyib.
Bu arada Dünya Azərbaycanlıları Konqresi də məsələ ilə bağlı bəyanat verib. DAK bildirir ki, İran adlanan yer Azərbaycan Respublikasına qarşı təxribatlarından heç vaxt əl çəkməyib. Bundan əvvəl də fars şovinist rejiminin teleradioları, internet saytları dövlət rəsmiləri, ictimai-siyasi xadimlərimizin ünvanına təhqiramiz fikirlər səsləndirib, ay-ulduzlu, üçrəngli bayrağımızı təhrif edib.
DAK vurğulayır ki, din pərdəsi altında Azərbaycanda öz məkrli siyasətini həyata keçirməyə çalışan fars şovinistləri ölkəmizdə terrorçu dəstələr, xüsusi cinayətkar qruplar yaradır, “casus yuvası” qurur, narkotik qaçaqmalçılığını dəstəkləyir: “Biz 50 milyondan artıq Azərbaycan türkünü özündə birləşdirən beynəlxalq təşkilat olaraq, İran adlanan yerin dövlət televiziyasının üçrəngli bayrağımızı təhrif etməsini Azərbaycan Respublikasına qarşı növbəti təxribat cəhdi kimi qiymətləndirir və fars şovinist rejiminin bu addımını kəskin şəkildə pisləyirik. İran adlanan yer iki ölkə arasındakı əlaqələrin gündən-günə genişlənməsindən bərk narahatdır. Halbuki fars şovinist rejimi Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistana hərtərəfli dəstək verir, özü də əvvəllər İsraildən Makfarleyn adlı şəxs vasitəsilə xeyli silah-sursat alıb, bir ay bundan qabaq isə iki ölkənin diplomatları görüşüblər”.
Xəbər sayta yerləşdirilərkən həmin ünvana yenidən baxdıq. Bayrağımızın təhqir olunmuş şəkli saytdan yığışdırılmışdı.

914