Kürd deputat İqbal Ağazadəni yalançılıqda ittiham etdi
02 oktyabr 2009 10:15 (UTC +04:00)

Kürd deputat İqbal Ağazadəni yalançılıqda ittiham etdi

Sırrı Sakık Ümid Partiyasının sədrinin söylədiklərinin doğru olmadığını bildirir
Türkiyənin Demokratik Toplum Partiyasının deputatı Sırrı Sakık Ümid Partiyasının sədri İqbal Ağazadəni yalançılıqda ittiham edib.
Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən verdiyi xəbərə görə, Sırrı Sakık Türkdilli Dövlətlərin Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirak edən zaman azərbaycanlı deputatlarla mübahisə etdiyini, ancaq Məclisdən çıxandan sonra MHP-li millət vəkili Atilla Kayaya ucadan “Sizə qurban olum, bunlar bizim başımız kəsərlər” sözlərini demədiyini bildirib.
Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə mediaya açıqlamasında Türkiyədə kürdlərin haqlarının pozulması ilə bağlı söylənənlərə sərt reaksiya verdiyini, Məclisdən çıxarkən Sırrı Sakıkın Atillya Kayaya ucadan “Sizə qurban olum, bunlar bizim başımız kəsərlər” sözlərini dediyini söyləyib.
Sırrı Sakık vurğulayıb ki, məlumat yanlışlığına yol verilib: “Bakıda bizi qonaqpərvərliklə qarşıladılar. Zaman-zaman müxtəlif məsələlərlə bağlı mübahisələrimiz oldu. Ancaq deyilən cümlələrin heç bir mənə aid deyil. Mən heç vaxt bir türk milliyyətçisinə “qurban olum” sözlərini demərəm. Dünyada mənim qurban olacağım bir türk milliyyətçisi yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar