“İstənilən qurumun fəaliyyətində nöqsan tapmaq olar”
Əli Həsənov: “Bugünkü narazılar sabah növbəti qrant müsabiqəsində razı qala, bugünkü razılar isə sabah narazı ola bilərlər”
“Məxsusi olaraq axtarsanız, istənilən qurumun fəaliyyətində nöqsan tapmaq olar.
Amma düşünürəm ki, ilkin təcrübə kimi Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi ilkin layihəni müsbət qiymətləndirmək olar”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi
müsabiqənin nəticələrindən narazılıqlara münasibət bildirən şəbə müdiri bunları deyib: “Fond yeni yaranıb, yenicə fəaliyyətə başlayıb. Bəzi çətinliklər mövcuddur. Xüsusən KİV-in təsnif olunmasında müəyyən problemlər var. Hansı KİV Azərbaycanda sözün həqiqi mənasında söz, mətbuat, məlumat fəaliyyəti həyata keçirir, cəmiyyətin şəffaflığını təmin edir, insanları informasiya ilə təmin edir, bunları təsnif etmək açığı müəyyən qədər çətindir. Amma biz quru yerdən başlamamışıq. Azərbaycanda Mətbuat Şurası var, Jurnalistlər Birliyi mövcuddur, ayrı-ayrı KİV-lər neçə illərdir fəaliyyət göstərir. Cəmiyyətdə onların fəaliyyəti ilə bağlı müəyyən məlumatlar mövcuddur”.
Müsabiqəyə qoşulub yüksək nəticə əldə etməyən KİV-in olduğunu qeyd edən Ə. Həsənov onların işlərinə fərdi şəkildə baxıldığını söyləyib: “Düşünürük ki, bugünkü narazılar sabah növbəti qrant müsabiqəsində razı qala, bugünkü razılar isə sabah narazı ola bilərlər”.

Oxşar yazılar

İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25
Ermənistan Azərbaycanla müharibə etməyəcək - PAŞİNYAN
9 may 2025 , 11:55Pakistan səfiri: Hindistana qəti şəkildə cavab vermək hüququnu özümüzdə saxlayırıq - MÜSAHİBƏ - VİDEO
8 may 2025 , 22:43
Roma Papası ilk dəfə amerikalı seçildi: XIV Leo nə ilə məşhurdur? - ONU TANI
8 may 2025 , 22:01
Stalin Avropanı ələ keçirməyi planlaşdırıb və ABŞ-ı aldadıb - TARİXÇİ
8 may 2025 , 21:35
Lukaşenko hakimiyyətdə çox uzun müddət qaldığını etiraf etdi
8 may 2025 , 19:06
Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar - Arayikin MƏHKƏMƏSİ
8 may 2025 , 17:00