Ümid Partiyası ilkin namizədlər siyahısını açıqladı
Partiya seçkilərə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı çərçivəsində qatılmağı planlaşdırır
Ümid Partiyası bələdiyyə seçkilərinə hazırlıqla bağlı qabaqcadan müəyyən etdiyi tədbirlər planının birinci mərhələsini başa çatdırıb. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı çərçivəsində seçkilərə qatılmağı planlaşdıran Ümid Partiyası ilkin mərhələdə 868 bələdiyyə subyekti üzrə 3407 namizədinin sənədlərini qəbul edib.
Məlumatda bildirilir ki, artıq 3407 partiya üzvü seçkilərdə namizəd kimi iştirak etmək üçün sənədlərini mərkəzi aparata təqdim edib və 8 rayon şöbəsindən hələlik sənədlər daxil olmayıb. Dəqiqləşmələr aparıldığından onlar barədə məlumatlar növbəti mərhələdə açıqlanacaq.
Mətbuat xidmətindən onu da bildiriblər ki, namizədlərin Hərəkat daxilində birgə müəyyən edilməsi prosesində hazırda mövcud olan rəqəmlərdə dəyişikliklərin baş verməsi istisna deyil.

599