MDB ölkələrinə xəbərdarlıq
“Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına qoşulan ölkələr üçün problemlər yarana bilər”.
APA-nın “BelaPAN” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) icraçı katibi Sergey Lebedev deyib.
O bildirib ki, qanunvericiliyin Avropa Birliyi standartlarına uyğunlaşdırılması MDB çərçivəsində imzalanmış müqavilələrə yenidən baxılmasını tələb edir ki, bu halda “Şərq tərəfdaşlığı”na qoşulmuş ölkələr seçim etməlidir: “Ölkə iqtisadiyyatlarının durumu haqqında məlumata malik olan adam kimi deyirəm ki, hazırkı mərhələdə Avropa Birliyi “Şərq tərəfdaşlığı”nda iştirak edən ölkələrin məruz qala biləcəyi itkiləri kompensasiya edə bilməz”. S. Lebedevin fikrincə, AB-nin təklif etdiyi 600 milyon avroluq cüzi yardım proqram iştirakçısı olan ölkələrin dərdinə dərman ola bilməz. O, ümid etdiyini bildirib ki, 6 MDB ölkəsinin AB proqramında iştirakı onların MDB-dəki fəallığına təsir göstərməyəcək və həmin dövlətlər bu təşkilatda qalacaq.
Xatırladaq ki, mayın 7-də Praqada Avropa Birliyi ilə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus arasında “Şərq tərəfdaşlığı” proqramında iştiraka dair Bəyannamə imzalanıb.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35