Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr 2010 11:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

APA-nın məlumatına görə, dövlət başçısı ümummilli liderin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.

Prezident İ. Əliyev görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarını ziyarət edib. Dövlət başçısını dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər, Bakıdakı diplomatik korpusun təmsilçiləri müşayiət edirlər.

Qeyd edək ki, Heydər Əliyevin vəfatından yeddi il ötür. Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271

Oxşar yazılar