Adam Sterlinq: “ABŞ Azərbaycandakı seçki prosesini böyük maraqla izləyir”
APA-nın məlumatına görə, A. Sterlinq bildirib ki, rəsmi Vaşinqton seçki prosesini böyük maraqla izləyir: “ABŞ dövlət katibi Hillari Klinton Bakıya səfəri zamanı qeyd edib ki, ABŞ demokratik ölkələrlə ən güclü tərəfdaşlığa malikdir. ABŞ hökuməti inanır ki, Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafı iki ölkə arasında əlaqələrin dərinləşməsinə, demokratik və iqtisadi islahatlar aparılmasına ən yaxşı zəmanət verəcək”.
A. Sterlinq əlavə edib ki, bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin 31 əməkdaşı Bakıda və respublikanın bölgələrində seçki prosesini müşahidə edir. Daha 45 amerikalı isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları üzrə Bürosunun müşahidə missiyasının tərkibində müşahidələr aparır.
Səsvermənin nəticələri ilə bağlı səfirliyin açıqlayacağı qiymətləndirməyə gəldikdə, A. Sterlinq vurğulayıb ki, ölkənin hər yerindən yekun məlumatlar toplandıqdan sonra ABŞ səfirliyi müşahidəçilərin nəticələrini müzakirə edib, qiymətləndirməsini açıqlayacaq: “Yekun bəyanat Vaşinqtonda Dövlət Departamenti tərəfindən açıqlanacaq”.

Oxşar yazılar

İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
29 iyul 2025 , 16:41
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35