
Türkiyə parlamentinin üzvü: “Seçki sistemində müsbətə doğru dəyişikliklər var”
Bu açıqlamanı APA-ya Türkiyə parlamentinin üzvü, AKP millət vəkili Mustafa Ataş verib. 15 saylı Yasamal birinci seçki dairəsinin 12 və 13 saylı məntəqələrində səsvermənin gedişini izləyən millət vəkili səsvermə prosesinin şəffaf və demokratik keçdiyini bildirib: “Müşahidə apardığım məntəqələrdə bütün siyasi qüvvələrin təmsilçilərinin səsvermənin gedişini sərbəst şəkildə izlədiklərinin şahidi oldum. Seçkilər şəffaf və demokratik keçirilir, hətta xəstəliyi səbəbilə səsvermədə iştirak edə bilməyən seçicilərə evdə səsvermə imkanı yaradılır. Qardaş ölkə olan Azərbaycan adına çox sevinirik, ümidvarıq ki, seçkilərin nəticələri qardaş Azərbaycan üçün xeyirli-uğurlu olacaq”. Mustafa Ataş bu gün 15 saylı Yasamal birinci seçki dairəsinin ərazisində 12 məntəqədə seçki prosesini izlədiyini, günün sonuna kimi digər məntəqələrdə də səsvermənin gedişi ilə tanış olacağını bildirib.
Oxşar yazılar

İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
29 iyul 2025 , 16:41
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35