
AŞPA-nın müşahidə missiyasının rəhbəri Binəqədidə səsvermənin gedişini müşahidə edir
APA-nın məlumatına görə, müşahidə missiyasının rəhbəri səhər saat 07.00 radələrində seçki dairəsi ərazisində yaradılmış məntəqələrə gələrək səsvermə prosesinə hazırlıq prosesini izləyib. 10 saylı seçki dairəsinin 31,33 və 34 saylı məntəqələrində səsvermə prosesini müşahidə edən missiya rəhbəri seçkilərin gedişi ilə maraqlanıb. 33 saylı məntəqədə səsvermə prosesinin müşahidə edən AXCP-Müsavat blokunun nümayəndəsi AŞPA missiyasının rəhbərinə bir nəfərin seçki qutusuna bir neçə bülleten atdığı barədə məlumat verib. Pol Villi bildirib ki, kütləvi səsvermə yaxşı fakt deyil: “Bur seçicinin bir neçə nəfərin əvəzinə səs verməsi yaxşı hal sayıla bilməz”. AŞPA-nın müşahidə missiyası rəhbərinin iradına cavab olaraq məntəqə seçki komissiyasının sədri bir nəfərin ailə üzvlərinin əvəzindən səs verdiyini etiraf edib. Pol Villi istənilən halda kütləvi səsvermənin düzgün olmadığını, hər bir seçicinin öz iradəsini müstəqil şəkildə ifadə etməli olduğunu deyib. Müşahidəçilərə müraciət edən Pol Villi yenidən bu məntəqələrə qayıdacağını deyib və rastlaşdıqları qanun pozuntularını aktlaşdıraraq ona təqdim etməyi xahiş edib. Jurnalistlərə açıqlama verən Pol Villi rəhbərlik etdiyi AŞPA müşahidə missiyasının tərkibinə 30 müşahidəçinin daxil olduğunu, onlardan birinin səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycana gələ bilmədiyini deyib. Qeyd edək ki, müxtəlif məntəqələrdə səsvermənin gedişinin müşahidə edən missiya rəhbərini AŞPA nümayəndəsi Vladimir Dronov müşayiət edir.
Oxşar yazılar

İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
29 iyul 2025 , 16:41
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35