İran səfiri azərbaycanlı alimi oğurlatdırmaqla hədələyib
Azərbaycanlı fizika alimi Rəşid Əliyev qeyri-qanuni olaraq 1 il 10 ay həbsxanada saxlanıldığı üçün İran dövləti və bu ölkənin “Sazan Electronics İndustry” şirkətindən təzminat tələb edib. Lent.az-ın məlumatına görə, bunu mətbuat konfransı keçirən Rəşid Əliyev özü bildirib. O qeyd edib ki, qarşı tərəfdən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edəcək.
R.Əliyevin vəkili Aslan İsmayılov isə bildirib ki, İran heç bir beynəlxalq konvensiyaya qoşulmayıb. Buna görə də, BMT-nin İnsan Haqları Şurasına müraciət edəcəklər.
Mətbuat konfransında Rəşid Əliyev onu da deyib ki, şəxsiyyət vəsiqəsi, pasportu və universitet vəsiqəsi hələ də İrandadır. Bununla bağlı İran səfirliyinə müraciət edən alim əlavə edib: “Səfir mənə dedi ki, mətbuatı İrana qarşı qaldırırsan. İki ölkənin arasını vurmağa çalışırsan. Elə etmə ki, biz səni yenə İrana aparaq”.
Nizam Rza

Oxşar yazılar

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər
10 iyun 2025 , 20:45
Telefonuma mesaj yazıb biri dərmanpulu, biri çörəkpulu istəyir - Aqil Abbas
10 iyun 2025 , 14:33
Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33