“Seçkilərə hazırlıqla bağlı xəbərlər müsbət xarakter daşıyır”
25 sentyabr 2010 17:56 (UTC +04:00)

“Seçkilərə hazırlıqla bağlı xəbərlər müsbət xarakter daşıyır”

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markert deyib.

T.Markert bildirib ki, Azərbaycanda səfərdə olduqları 3 gün ərzində Mərkəzi Seçki Komissiyasında, Ali Məhkəmədə, Konstitusiya Məhkəməsində, Milli Məclisdə və Prezident Administrasiyasında keçirdikləri görüşlərdə noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə maraqlanıblar: “Avropa Şurası Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq məqsədilə fəaliyyət planı qəbul edib. Hazırda biz seçkilərin hazırkı mərhələsindən danışa bilərik. Seçkilərə hazırlıq mərhələsi ilə bağlı aldığımız xəbərlər kifayət qədər müsbət xarakter daşıyır. Bizdə olan məlumata görə, seçici siyahıları hazırlanıb və namizədlərin imzatoplama kampaniyası davam etməkdədir”.

T.Markert bu prosesin müsbət şəkildə yekunlaşacağına ümidvar olduğunu da söyləyib: “Vacib cəhət ondan ibarətdir ki, seçkilərdə müxtəlif siyasi partiyaları təmsil edən namizədlər qeydiyyatdan keçəcək və iştirak edəcəklər. Seçkiyə hazırlıq mərhələsini isə müsbət qiymətləndiririk. Əlbəttə, həlledici an Avropa Şurası Parlament Assambleyasının seçkiləri qiymətləndirmə missiyasının Azərbaycan gələndən sonra açıqlayacağı hesabat olacaq”.
# 557

Oxşar yazılar