YAP-dan xəbərdarlıq: “Heç kimə güzəşt olmayacaq”
“Seçki kampaniyasının həlledici mərhələsi olan təbliğat-təşviqat mərhələsinə qədər namizədliyini irəli sürmüş, yaxud namizədliyi qeydə alınmış YAP üzvlərinə bir daha partiya rəhbərliyinin, partiyanın mövqeyi və qərarı çatdırılacaq”.
Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. O, YAP-ın mövqeyini bir daha xatırladıb: “Partiyanın qərarı və mövqeyi isə bundan ibarətdir ki, YAP-ın 114 seçki dairəsi üzrə irəli sürdüyü və müdafiə etdiyi namizədləri var. Namizədlik irəli sürülməyən dairələrdə isə YAP başqa partiyaların üzvlərini, yaxud müstəqil namizədləri müdafiə edir. Həmin dairələrdə də YAP üzvü olub, partiya tərəfindən dəstəklənməyən namizədlərə namizədliklərini geri götürülməsi bir daha və sonuncu dəfə təklif ediləcək. Əgər onlar partiyanın qərarına hörmətlə yanaşmayacaqlarsa, YAP sıralarından xaric olunacaq və bu seçki kampaniyası dövründə də partiya üzvü kimi YAP-ın dəstəyini almayacaqlar. Biz hesab edirik ki, partiyanın dəstəyi olmayacağı təqdirdə, bu cür namizədlərin deputat seçilməsi böyük sual işarəsi altındadır”.
H.Paşayev YAP üzvlərinə namizədliklərini geri götürməsi üçün ümumi müraciətin olduğunu, hələ ki, fərdi qaydada söhbət aparılmadığını bildirib. O, partiya qərarından kənar namizədliyini irəli sürmüş tanınmış, millət vəkili olan YAP üzvləri ilə digər partiya üzvləri arasında fərq qoyulmadığını da vurğulayıb: “Partiyanın qərarı tutduğu mövqedən və nüfuzundan asılı olmayaraq, YAP-ın hər bir üzvü üçün qəti sayılır və yerinə yetirilməlidir”.
Qeyd edək ki, bəzi YAP üzvləri partiya qərarından kənar namizədliklərini irəli sürüb. Onların arasında iki YAP-çı deputat və tanınmış YAP üzvləri də var.

Oxşar yazılar

Ermənistanın baş qərargah rəisinin işğalda iştirakını sübut edən yeni material tədqiq edildi
23 may 2025 , 21:14
"Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil" - DEPUTAT
23 may 2025 , 11:23
“Daşnaksütyun” bizim üçün qalxan rolunu oynayırdı" - Arayikin məhkəməsində ŞOK ETİRAFLAR
22 may 2025 , 21:24
Bu ölkədə rus casuslarının hazırlanması üçün “fabrik” açılıb – İDDİA
22 may 2025 , 19:08
İki düşmən deputat duelə çıxır
22 may 2025 , 18:06
Ermənilərin məhkəməsində ifşaedici material nümayiş olundu
22 may 2025 , 16:40
David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb - VİDEOFAKT
22 may 2025 , 15:50