Vaşinqtonda Azərbaycana dair müzakirələr aparılacaq
09 sentyabr 2010 13:35 (UTC +04:00)

Vaşinqtonda Azərbaycana dair müzakirələr aparılacaq

Tədbirdə, əsasən ənənəvi neft, qaz və kömürdən tutmuş, nüvə enerji zavodları və çoxlu sayda alternativ enerji resursları ilə bağlı məsələlər müzakirə olunacaq.


Enerji siyasəti, enerji mənbələri və texnologiyaların bölüşdürülməsi məsələsinin də gündəliyinə daxil edildiyi konfransda, həmçinin dünyanın enerji ehtiyacını yaxın gələcəkdə daha səmərəli qarşılamaq üçün ənənəvi və alternativ yanacaqdan yararlanmağın yolları da müzakirə olunacaq.


Tədbirdə enerji sektorunun yüksək səviyyəli siyasət və sənaye rəhbərləri, Obama Administrasiyasının rəsmiləri və diplomatlar iştirak edəcəklər. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, konfransa Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev də qatılacaq.


Birləşmiş Ərəb Əmirlikləri (enerji naziri Mohamed Bin Dha’en Al Hamlinin başçılığı altında), Anqola (Neft naziri Jose Maria Botelho de Vasconcelosun başçılığı altında) və Misir (Neft naziri Amin Sameh Samir Fahmynin başçılığı altında) də daxil olmaqla, enerji təchizatçısı olan ölkələrin nümayəndə heyətləri artıq konfransda iştirak edəcəklərini təsdiqləyiblər. Digər önəmli iştirakçılar isə Fransanın Atom Enerjisi üzrə Ali Komissarı Catherine Cesarsky, Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko və Keniyanın enerji naziri Kiraitu Murungidir.

Yaşar Əliyev və K. Qrişşenko post-sovet məkanından dəvət olunmuş yeganə fəxri spikerlərdir.

Tədbir iştirakçıları enerji müstəqilliyi və Azərbaycanın enerji təchizatçısı kimi rolunu da müzakirə edəcəklər. Sammitdə müzakirə obyektlərindən biri də Meksika Körfəzində baş vermiş neft qəzası olacaq. Bundan əlavə, enerji məsələsinin ekoloji perspektivləri ilə bağlı da fikir mübadiləsi aparılacaq.


“East West Communications” şirkətinin prezidenti Tomas Kromvel bildirib ki, Obama Administrasiyası diqqətini günəş, külək və bioyanacaq kimi alternativ enerji resurslarına yönəltsə də, bütün dünya hələ də tükənən yanacaqlardan istifadə edir, ölkələr hər yerdə öz enerji tələblərini qarşılamaq üçün praktiki və effektiv vasitələr axtarır.
# 555

Oxşar yazılar