Səfər Əbiyev Türkiyənin dövlət rəhbərliyi ilə görüşəcək
24 aprel 2009 17:30 (UTC +04:00)

Səfər Əbiyev Türkiyənin dövlət rəhbərliyi ilə görüşəcək

Müdafiə nazirinin səfəri Baş Qərargah rəisi, ordu generalı İlker Başbuğun dəvəti ilə həyata keçirilir
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik S.Əbiyevin Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı İlker Başbuğun dəvəti ilə Türkiyəyə rəsmi səfəri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər zamanı regional təhlükəsizlik məsələləri, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında mövcud hərbi-texniki əməkdaşlığın vəziyyəti və onun gələcək inkişaf perspektivləri müzakirə mövzusu olacaq.
Müdafiə naziri Səfər Əbiyevin Türkiyə Respublikasının prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Köksal Topdan, Türkiyənin Müdafiə naziri Vecdi Könül və Müdafiə Sənayesi Komitəsinin sədri Murad Bayarla görüşləri nəzərdə tutulur.
# 826

Oxşar yazılar