Biləsuvarda şagird sinif yoldaşına  XƏSARƏT YETİRDİ
22 may 2024 18:38 (UTC +04:00)

Biləsuvarda şagird sinif yoldaşına XƏSARƏT YETİRDİ

Sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı məlumatlar yayılıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Hazırda şagirdin səhhətində ciddi problem yoxdur" - RTİ-nin açıqlamasında qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1707
avatar

Fidan İlqar

Oxşar yazılar