Yuyulandan sonra paltarlar daralırsa,  bunu edin
22 may 2024 14:43 (UTC +04:00)

Yuyulandan sonra paltarlar daralırsa, bunu edin

Bir çoxumuz paltarları paltaryuyana atdıqdan sonra eyni vəziyyətlə qarşılaşırıq. Maşına atılan geyimlər kiçilmiş formada çıxarılır. Bu əsasən sviter kimi geyimlərdə baş verir. 

Lent.az xəbər verir ki, bu paltarların materialından asılıdır. 

Bəs, paltar yuyulduqdan sonra daralırsa nə etməliyik?

Bu zaman paltarları yenidən əvvəlki vəziyyətinə qaytarmaq üçün onları yüngülcə isladın. Bunun üçün suyu sprey şüşəsinə töküb və sonra paltara çiləyin. Daha sonra həmin geyimi evdə geyinin və bir müddət sonra paltar əvvəlki ölçüsünə qədər uzanacaq. 

Əgər bu üsul işə yaramasa, o zaman saç kremi sizing köməyinə çata bilər. 

Bir stəkan suda bir çay qaşığı saç kremini töküb qarışdırın. Daha sonra onu paltarları yuduğunuz suya tökün. Yaranan məhlulda paltarları 15-20 dəqiqə isladın. Göstərilən vaxtdan sonra suyu boşaldın və geyimi bükmədən yumşaq bir şəkildə sıxın.

Paltarları böyük bir dəsmalın üzərinə qoyun, yuvarlayın və bununla da artıq nəmi çıxarın.

Prosesi bir neçə dəfə təkrarlayın. Sonda paltarı qurumağa buraxın.  Bu addımlardan sonra parça yumşaq, bədənə xoş gələcək və saç kreminin zərif ətrini də hiss edəcəksiniz. Bu üsul xüsusilə pambıq və yun paltarlar üçün təsirli olur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5241
avatar

Sevinc Fərid

Oxşar yazılar