Amerikanın keçmiş lideri Donald Tramp bütün planet üçün təhlükə yaradır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri çərşənbə axşamı Massaçusets ştatının Boston şəhərində seçki kampaniyası üçün vəsait toplama tədbirində çıxış edən ABŞ-ın hazırkı prezidenti Co Bayden deyib.
“O (Tramp) planet üçün təhlükədir. Sadəcə, Tramp insanlara dedi ki, ona bir milyon dollar versələr, nə istəsələr, verəcək”, - dövlət başçısı qeyd edib.
“Trampın 2016-cı ildə bizə heç kimin puluna ehtiyacı olmadığını söyləməsindən xeyli yol qət etdik. O, indi o qədər çarəsizdir ki, İncilin nüsxələrini və qızıl ayaqqabıları satır”, - Bayden əlavə edib.