İsmayıllıda silahlı   narkokuryerlər tutuldu
22 may 2024 12:53 (UTC +04:00)

İsmayıllıda silahlı narkokuryerlər tutuldu

İsmayıllıda qanunsuz olaraq silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, tədbirlərlə Vüqar Məmmədov, Amil Boyatov, Zaur Şirinov və Səyyar Məmmədov saxlanılıb.

Onlardan “Kalaşnikov” avtomat, daraq və 30 ədəd patron, eləcə də narkotik vasitə olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılanlar maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar odlu silah və narkotikləri əvvəlcədən razılaşdıqları yerə çatdırmalı imişlər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2640
avatar

Oxşar yazılar