Polis Anar Məmmədlinin evində axtarış aparır.
Lent.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat paylaşıb:
"Vəkil orderim və vəsiqəmlə birlikdə Anar Məmmədlinin evinə yaxınlaşsam da, mənim axtarışda iştirakıma icazə verilmir".
***
Saat 15:51
Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi sədri Anar Məmmədli saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lent.az-a bildirib ki, Anar Məmmədli barəsində araşdırma aparılır.