Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 04:35 (UTC +04:00)

Qızmar istilər kim üçün təhlükəlidir?

"Piylənmə, ürək-damar, endokrinoloji, xroniki xəstəlikləri olan insanlar çox isti havalar səbəbindən risk altındadırlar".

Lent.az xəbər verir ki, bunu kardioloq, anestezioloq-reanimatoloq Anton Vaxlyaev "RİA Novosti" agentliyinə deyib.

Onun sözlərinə görə, çəki azlığı da qızmar isti ilə bağlı xoşagəlməz halın baş verməsi üçün risk təşkil edir, söhbət günvurmadan gedir.

Kardioloq vurğulayıb ki, uşaqlar da risk altındadırlar. Belə ki, bədən çəkilərinin aşağı olması səbəbindən bərk qızdırırlar.

Mütəxəssis əlavə edib ki, baş geyimi, adekvat maye qəbulu, sərin yerdə olmaq bərk qızdırmadan qoruya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar