Zaqatalada FACİƏ:  uşaq Tala çayında BOĞULDU  - YENİLƏNİB
13 iyul 2025 08:08 (UTC +04:00)

Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB

Zaqatalada çayda boğulan uşağın fotosu yayılıb. 

Lent.az həmin fotonu təqdim edir: 

***

Saat 18:23

Zaqatalada azyaşlı çayda boğulub.

Lent.az xəbər verir ki, hadisə günorta saatlarında Tala çayının rayonun Yuxarı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Çayın kənarına ailəsi ilə istirahətə gələn Yuxarı Tala kənd sakini 2 yaşlı Səfiyyə Əfəndi qızı İsmayılova çaya düşərək boğulub.

Araşdırma aparılır.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, iyulun 12-də saat 17:05-də 2 yaşlı qız suda boğulma səbəbilə Zaqatala rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib. 

Şəxsin xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.

Ailə üzvlərinin təkidi ilə azyaşlıya reanimasiya tədbirləri icra edilsə də, ölüm faktı təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16058

Oxşar yazılar