Tural Abbaslı
22 may 2024 14:10 (UTC +04:00)

Tural Abbaslı

Tural Abbaslı seçkilərə hansı dairədən qatılacaq? – ÖZÜ AÇIQLADI

Hazırda ölkədəki siyasi sahədə gündəm növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar isə yoxdur. 

Ölkənin tanınmış siyasətçiləri və deputatların əksəriyyəti də sosial şəbəkə hesablarında açıq-aşkar şəkildə seçkilərdə iştirak edəcəyini və hətta neçə nömrəli seçki dairəsindən qatılacağını belə açıqlayırlar.

Lent.az-ın əməkdaşı Ağ Partiyanın sədri Tural Abbaslının deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyini öyrənməyə çalışıb. 

Məsələ ilə bağlı Tural Abbaslı Lent.az-a açıqlamasında bildirib ki, bütün partiyalarda seçki ilə bağlı hazırlıq gedir.

Onun sözlərinə görə, hazırda Ağ Partiyada müxtəlif dairələrdə namizədlərin müəyyən olunması ilə bağlı məsələlər müzakirə olunur:

"Növbəti seçkilərdə çox güman ki, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən öz namizədliyimi irəli sürəcəm. Amma hələ bununla bağlı dəqiq qərar verilməyib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2790
avatar

Arzu Qurbanlı

Oxşar yazılar